Azərbaycanlı qız "yeddinci hiss"ini kəşf edib

  • 19.12.2017
  • 0

Avstraliyalı professor Devid Con Outs tərsinə danışmağı və başa düşməyi insanın "yeddinci hiss"-ni kəşf etməsi kimi dəyərləndirir. O, 20 ildən artıq apardığı araşdırmaların nəticəsi olaraq iddia edir ki, eşitdiklərini tərsinə çevirməyi və analiz etməyi bacaran insanlar deyilən hər yalanı asanlıqla hiss edib aşkara çıxara bilərlər. Ölkəmizdə də Con Outsun dəyərləndirməsi ilə "yeddinci hiss"i kəşf edən insanlar yaşayır. Bunlardan biri də Ağstafa rayon Qarahəsənli kənd sakini 14 yaşlı Gülçin Muradovadır. 9-cu sinif şagirdi olan Gülçin fərqli istedada — tərsinə oxumaq və danışmaq bacarığına malikdir. Məktəbli bu istedadı bir il olar özündə aşkarlayıb. Televiziya verilişlərinin birində tərsinə danışanları gördükdən sonra bunun bir istedad olduğunu anlayıb və gizli saxladığı bacarığını üzə çıxarıb. İstedadı barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Gülçin yaxınlarının əvvəl ona inanmadıqlarını bildirib: "Heç özüm də bilmədən sözləri beynimdə tərsinə çevirirdim. Bunu bacardığımı deyəndə, əvvəl heç kim mənə inanmaq istəmirdi. Yoxlamaq üçün sözlər, cümlələr yazıb, tərsinə oxutdurduqdan sonra inanırdılar".

Nə düşünürsən?