Canlı yayımda azərbaycanlı ifaçıya elçi düşdülər

  • 19.12.2017
  • 0

Ötən gün “Xəzər” TV-də yayımlanan “5-də 5” verilişində qonaq olan müğənnilər Sevil və Sevinc Səfərovalardan birinə canlı yayımda elçi düşüb. Oxu.Az xəbər verir ki, Xaçmazdan anası ilə proqrama qatılan Həzrət adlı gənc Sevilə aşiq və onunla evlənmək istədiyini bildirib. Verilişin aparıcısı Zaur Kamal Həzrətin valideynləri ilə birgə Sevilgilə elçi gedəcəklərini və elçilik mərasimində baş verənlərin lentə alınaraq efirdə yayımlanacağını söyləyib.