Azərbaycanda unikal əməliyyat: Kəsilən ayaq 8 saatdan sonra bərpa edildi

  • 18.12.2017
  • 0

Bədbəxt hadisələrdən heç kəs sığortalanmayıb. Hazırda tibb xeyli inkişaf edib ki, bununla da bir çox problemləri həll etmək mümkündür. Bu çərçivədə Azərbaycanda daha bir unikal əməliyyat baş tutub. Baldırdan qopan ayaq bərpa edilib. Həkimlər xəstənin bir müddət sonra əvvəlki kimi ayağa qalxa biləcəyini deyir. Kəsilən ayaq 8 saatdan sonra bərpa edildi. İstehsalat qəzası zamanı 30 yaşlı oğlanın ayağı baldır nahiyyəsindən kəsilib. Həkimlər ayağın qanqren olacağından ehtiyat etdiklərindən onu kəsilən yerdən tamamilə qoparıblar. Beləliklə, sol ayağının əsas hissəsini itirən oğlanın təkidiylə xəstə yaxınları onu başqa xəstəxanaya köçürüblər. Müayinə zamanı məlum olub ki, qəza zamanı ayağı ciddi şəkildə ziyan görsə də, amputasiyaya ehtiyac yox imiş. 8 saatdan sonra o, ikinci əməliyyata girib. Ayağın bərpa olunması əməliyyatı 7 saat çəkib. Sağlam ayaqdan alınan dəri vasitəsiylə kəsik nahiyənin estetikası həyata keçirilib. Ayaqda 8-9 sm-ə yaxın qısalma yaranıb. Artıq evə buraxılan xəstə, 1 il yarımdan sonra əvvəlki sağlamlığına qovuşacaq. Həkim Elviz Qasımovun sözlərinə görə, əvvəllər kəsilən ayaq ən qısa müddətdə bərpa olunmalıydı. Hazırda tibb o qədər inkişaf edib ki, ölən toxumaların bərpası hətta 8 saatdan sonra da mümkündür. Əksər bədbəxt hadisələr zamanı kəsilərək qopan bədən üzvünü bərpa etmək olur. Belə hallarda xəstə ilə birlikdə qopan nahiyyənin də ən qısa müddətdə təhlükəsiz şəraitdə xəstəxanaya çatdırılması arzuolunandır.

Nə düşünürsən?