Qayınata efirdə gəlininin xəyanət mesajlarını göstərdi

  • 18.12.2017
  • 0

Bakıda qayınata gəlinin intim mesaj və videosunu canlı efirdə göstərib. Oxu.Az azxeber.com-a istinadən xəbər verir ki, "Space" telekanalında yayımlanan "Hadisə harada, Tahirə orada" verilişinə müraciət edən Slavik Qəribov bu haqda deyib. O, bildirib ki, gəlini oğluna xəyanət edib: "Gəlinim oğluma xəyanət edib. Əlimdə onun başqa kişi ilə intim video və mesajları da var. Qayınata gəlinin xəyanətini sübut etmək üçün mesajlardan birini verilişin aparıcısına təqdim edib. Mesajda yazılıb: `Bir onu bil ki, Eldəniz hansısa məhkəmədə səninlə yazışdıqlarımı və ya şəkillərin birini üzə çıxarsa, mənim ölümümə səbəb sən olacaqsan. Bilirəm etdiyim səhvdir, ancaq mən səni sevmişəm` Qayınata iddia edir ki, gəlini sevgilisi ilə onun evindən 14 min dollar dəyərində olan qızıl-zinyət əşyalarını da götürərək qaçıb. `

Nə düşünürsən?