Özbəkistana səs salan meyxanaçımız danışdı

  • 18.12.2017
  • 0

Azərbaycanlı meyxanaçı Tərlan Novxanı ilə Özbəkistanın tanınmış estrada müğənnisi Uluqbek Rahmatullayevin dueti internetdə marağa səbəb olub. Oxu.Az-a açıqlama verən T.Novxanı bunları bildirib: "Dostum Uluqbek Rahmatullayevə "Instagram"da yazmışdı. Azərbaycanda keçirilən Ralli yarışları zamanı o da buraya turist kimi gəlmiş və mənimlə maraqlamışdı. Beləliklə, biz görüşdük, o, mənimlə duet oxumaq istədiyini bildirdi. Onun Özbəkistanın İstiqlal Sarayındakı 6 günlük konserti zamanı həmin dueti səsləndirdik. Həmin konsertdə Özbəkistanın prezidenti də iştirak edirdi. Bu, mənim üçün böyük fəxr idi. Konsertdən proqramından sonra Özbəkistanın digər tanınmış müğənnisi Manzura xanım da mənimlə duet oxumaq istəyini bildirdi. Daha sonra Türkiyədən təklif aldım”

Nə düşünürsən?