Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA

  • 18.12.2017
  • 0

Bakı məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə bağlı heç bir əmr imzalanmayıb. Nə Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən belə bir tapşırıq verilməyib. APA TV-nin xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib: "Amma hər hansı bir məktəb bunu dərs prosesi ərzində etməyə cəhd edərsə, bu da dərsdən sonrakı fəaliyyət kimi məktəbdə keçirilən bütün tədbirlər kimi, yalnız dərsdən sonra keçirilə bilər". O vurğulayıb ki, məktəblərdə daha çox milli-mənəvi dəyərlərə köklənən bayram şənliklərinin keçirilməsi ilə bağlı xüsusi təbliğat aparılır: "Yeni il şənliyinin keçirilməsi yanvar ayının 1-nə təsadüf edir. Məktəblərdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbirlərin daha geniş miqyasda keçirilməsi daha məqsədəmüvafiqdir". Məhəbbət Vəliyeva valideynlərin narazılığına səbəb olan birinci dərs saatında bədən tərbiyəsi fənninin keçirilməsinə də münasibət bildirib: Məktəblərdə tədris-pedaqoji fəaliyyətin müvafiq təşkili vəziyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diqqətində olan məsələlərdir. Monitorinq sahəsində nöqsan üzə çıxarıldığı təqdirdə, müvafiq intizam tədbirləri həyata keçirilir. Ümumilikdə şagirdlərin dərs cədvəlləri mütləq sanitar normalara əsaslanmalıdır ki, ümumi tədris-pedaqoji sahəyə cavabdehlik daşıyan direktorun təlim-tərbiyə üzrə müavinləri bu məsələni diqqətdə saxlamalıdır. Heç bir halda birinci saat fiziki tərbiyə dərsinin keçirilməsinə yol verilə bilməz. Apardığımız araşdırmalar nəticəsində bu növ xətalar görəndə təbii ki, biz məktəb rəhbərliyinə bununla bağlı

Nə düşünürsən?