Dünya şöhrətli meqastar Tarkanın maraqla gözlənilən “Beni çok sev” mahnısına klipi işıq üzü görüb. Oxu.Az publika.az-a istinadən xəbər verir ki, sənətçi "10” albomuna daxil olan mahnısının klipini rejissor Murad Küçükə həvalə edib. Ekran işində Tarkanın həyat yoldaşı Pınar Dilek Tevetoğlu və yaxın dostları rol alıb.