Miri Yusifinin üç günlük konsertindən

  • 15.12.2017
  • 0

Məşhur müğənni Miri Yusif Respublikanın əsas səhnəsi sayılan Heydər Əliyev sarayında üç günlük konsert proqramı ilə çıxış edib. Oxu.Az-ın xəbərinə görə, 8, 9 və10 dekabr tarixlərində keçirilən konsert proqramında müğənni maraqlı ifası ilə pərəstişkarlarını bir daha sevindirib. “Üç günlük həyəcanımı mənimlə Heydər Əliyev Sarayında bölüşən 6000 doğma insan. Konsertimin təşkilatçıları və mənə ilk və ən böyük dəstək olan “SS Production” və bu günün təşkil olunmasında əməyi keçən lakin səhnə arxasında qalan bütün komandam. Mənə internetdən dəstək verən bütün “Ruh Əkizlərim”. Hər birinizə sonsuz təşəkkürlər. Mənim ən böyük mükafatım və motivasiyam sizlərsiniz”, - Miri Yusif konsertdən sonra öz Facebook səhifəsində yazıb. Qeyd edək ki, konsert proqramına informasiya dəstəyi isə “Xəzər” televiziyası, “100.5 FM”, “Araz FM”, Bax.tv video portalı və Oxu.Az saytı olub.

Nə düşünürsən?