"Saakaşviliyə baxanda ürəyim qan ağlayır" - Putin suallara cavab verir

  • 14.12.2017
  • 0

Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı keçirilib. "Sakaşviliyə yazığım gəlir" Ukraynanın Donetsk vilayətindəki situasiyadan danışarkən V.Putin oradakı vəziyyətin faciə olduğunu vurğulayıb və Ukraynanı suçlayıb. "Belə vəziyyətdə günahkar narazı vətəndaşları ilə silahlı qüvvələr vasitəsilə mübarizə aparmağa başlamış Kiyevdir. Kiyev birbaşa Donbasla danışıqlar aparmalıydı. Ukrayna rəhbərliyi isə bunu istəmir. Donbas ərazisində Rusiya ordusu yoxdur. Orada istənilən təxribatlara və təhlükələrə cavab verə biləcək müstəqil silahlı birləşmələr yaradılıb", – V.Putin deyib. Ukraynanın UNİAN agentliyinin jurnalistinin sualını cavablayarkən Rusiya prezidenti bəyan edib ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynadakı fəaliyyəti və davranışı rüsvayçılıqdır: "Saakaşvilinin Ukraynadakı davranışı Ukrayna və Gürcüstan xalqlarının üzlərinə tüpürməkdir. Siz bu biabırçılığa indiyədək necə dözürsünüz?! Gürcüstanın sabiq lideri indi sizdə meydanlarda qaçır və bütün dünyaya bağırır: "Mən ukraynalıyam!" Ona baxanda yazığım gəlir, təəssüflənirəm, ürəyim qan ağlayır"

Nə düşünürsən?