Dəhşətli qətl - Ər arvadını güllələdi, sonra isə özünü öldürdü

  • 14.12.2017
  • 0

ABŞ-ın Pensilvaniya ştatında, dövlət universitetinin ərazisində silahlı insident baş verib. APA TV-nin məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib. Hadisə nəticəsində təhsil ocağının qadın əməkdaşı odlu silahla qətlə yetirilib. İlkin məlumata əsasən, o, əri tərəfindən güllələnib. Arvadını öldürən kişi hadisə yerində intihar edib. İnsidentin digər təfərrüatları barədə hələ ki məlumat verilmir.

Nə düşünürsən?