Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb

  • 09.12.2017
  • 0

Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, rayon sakini Nəriman Şahid oğlu İsayev ona məxsus "VAZ 21064" markalı 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala rayon Polis Şöbəsinə müraciət edib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nəriman İsayevə məxsus maşını dekabrın 7-dən 8-ə keçən gecə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırdığı məlum olub. Tədbir nəticəsində Elnur Novruzov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Nə düşünürsən?