Bakıda qohumlar arasında bıçaqlanma oldu

  • 06.12.2017
  • 0

Gecə saatlarında Bakının Yasamal rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV xəbər verir ki, qanlı hadisə zamanı bir nəfər içki məclisində bıçaqlanıb. Məlumata görə, 1972-ci il təvəllüdlü Rzayev Fəxrəddin Allahverdi oğlu bıçaq xəsarəti ilə 1 saylı Xəstəxanaya gətirilib və cərrahi əməliyyat olunub. Hadisə ilə bağlı rayon polisi də məlumatlandırılıb. Müəyyən edilib ki, F.Rzayev iştirak etdiyi içki məclisində bir qohumu ilə mübahisə edib. Sonradan əlbəyaxa davaya çevrilən mübahisənin nəticəsində ona bıçaq xəsarəti yetirilib. Faktın təfərrüatları istintaq yolu ilə araşdırılır.

Nə düşünürsən?