Rusiya Olimpiya Oyunlarından kənarlaşdırıldı

  • 06.12.2017
  • 0

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurası Rusiya millisini 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə təşkilatın prezidenti Tomas Bax bəyan edib. Dopinq qəbul etmədiklərini sübuta yetirən idmançılar neytral bayraq altında çıxış edə biləcəklər. Rusiya Olimpiya Komitəsi Şuranın qərarı ilə diskvalifikasiya olunub. Bundan əlavə Rusiya İdman Nazirliyinin heç bir məmuruna akkreditasiya verilməyəcək. Qış Olimpiya Oyunları 2018-ci ilin fevralın 9-dan 25-ə qədər Cənubi Koreyanın Phençhan şəhərində keçiriləcək.

Nə düşünürsən?