Minik maşını avtobusla toqquşdu, 4 nəfər yaralandı

  • 04.12.2017
  • 0

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Qızılağac kənd sakini, 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil hərəkətdə olarkən "Temsa" markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə elə həmin sürücünün özü, onun həyat yoldaşı 1963-cü il təvvəllüdlü Əhmədova Rahilə Ulduz qızı, 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Tükəz Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşallah qızı orta ağır dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?