Bahalaşma “it bazarı”nı da vurdu

  • 03.12.2017
  • 0

Ölkədə tüğyan edən bahalaşma bütün sahələri cənginə alıb və təbii olaraq heyvan bazarından da yan keçməyib. Paytaxtın zoomağazalarında ev heyvanlarının, eləcə də, heyvan yemlərinin qiyməti artıb. Bu durum heyvansevərlərin də vəziyyətini çətinləşdirib. Məlumdur ki, ölkəmizə cins heyvanların əksəriyyəti xaricdən idxal olunur. Bu zaman həm manatın məzənnəsinin zəifləməsi, həm gömrük rüsumu və vergi , həm də lojistik xərclərin artması qiymətlərə təsir edir.

Nə düşünürsən?