Ağsuda iki "Jiquli" toqquşub - YARALILAR VAR

  • 02.12.2017
  • 0

Ağsu rayonunda 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu-Göylər yolunda, Çaparlı kəndində Ağsu rayon sakinlərinə məxsus iki “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Sayılov Ağazər Alıxan oğlu, 1955-ci il təvəllüdlü Sayılova Yavər Alıxan qızı, 1998-ci il təvəllüdlü Qurbanov Qurban Qurban oğlu, 2015-ci il təvəllüdlü Şahbazova Aydan Ramil qızı, 1969-cu il təvəllüdlü Xasıyev Xalid Şənbə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?