Rəşad Sadıqov: "Romaya qarşı əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq"

  • 02.12.2017
  • 0

- Maraqlı və gərgin oyun oldu. Meydanı 3 xalla tərk etmək istəyirdik. Qələbə qazandığımız üçün sevinirəm. Komandada bir az yorğunluq var. Bu, ikinci hissədə daha çox hiss olundu. Buna baxmayaraq, qol epizodları yaratdıq. Yaxşı hücumlar qurduq. İkinci hissədə isə "Neftçi” topa nəzarət edirdi. Buna baxmayaraq, rəqibə qol imkanı vermədik. - "Neftçi”nin yüksəlişdə olduğu deyilsə də, bu gün "Qarabağ”a qarşı heç nə edə bilmədilər… - Bizim fikrimiz öz oyunumuzda idi. Hər şey normal oldu. Meydanda gərgin mübarizə getdi. Biz də bu gün çox istəkliydik. Qələbə qazanmaq üçün çox çalışdıq. - Qarşıda "Roma” ilə matç var. Bu oyun haqda nə düşünürsən? - Çempionlar Liqasında son oyunumuzdur. Qrupdan çıxmaq ehtimalımız yoxdur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. - Nizami Hacıyevlə Mirhüseyn Seyidovun məsələsi ilə bağlı nə deyə bilərsən? - Biz də xəbərləri internet vasitəsi ilə izləyirik. Nəsə demək çox çətindir. Bu məsələlərin içində deyilik. Hərə bir cür açıqlama verir. İndi nəsə fikir bildirsəm, mənim adıma düzgün olmaz.

Nə düşünürsən?