"Barselona" ulduzlarının yeni "Audi"si

  • 01.12.2017
  • 0

Dünyaca şöhrətli alman avtomobil markası "Audi" "Barselona"nın futbolçularına avtomobillər hədiyyə edib. APA TV-nin verdiyi xəbərə görə, bu barədə klubun saytında məlumat yer alıb. Məlumata görə, alman brendi Katalon klubu ilə əməkdaşlıq edir və hər il futbolçulara yeni model avtomobillərinin sükanı arxasında əyləşməyə imkan yaradır. Qeyd edək ki, İspaniya çempionatının 13-cü turundan sonra "Barselona" 35 xal yığaraq, ikinci yerdə qərarlaşan "Valensiya"nı 4 xalla qabaqlayıb. Madridin "Real" klubu 27 xalla "Atletiko" ilə 3-4-cü yerləri bölüşür.

Nə düşünürsən?