Qardaş qardaşı xəstəxanalıq etdi

  • 30.11.2017
  • 0

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini 49 yaşlı Rizvan Əliyev təcili tibbi yardım avtomobili ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sərxoş olan Rizvan Əliyevə tibbi yardım göstərilib, ambulator müalicəyə buraxılıb. Əliyevi ailə münaqişəsi zəminində qardaşının döydüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?