Oğurluq anbaan nəzarət kameralarına düşdü

  • 29.11.2017
  • 0

Oğurluq anbaan nəzarət kameralı vasitəsilə qeydə alınıb. Gecə saat 4 radələrində iki nəfər naməlum şəxs Gənclik metrosunun yaxınlığında yerləşən texniki avadanlıqlar satışı ilə məşğul olan mağazadan oğurluq edib. Onlar əvvəlcədən mağazanın qarşısında bir qədər müşahidə aparıblar daha sonra isə qapını açıblar. Oğrulardan biri küçədə pusquda durub digəri isə içəri girərək kassanı qırıb. Gənc oğlan kassada olan pulları götürüb mağazanı tərk edir, daha sonra dostu ilə birgə hadisə yerindən uzaqlaşıb. Hazırda isə mağazaya dəyən ziyan və oğruların kimliyi araşdırılır.

Nə düşünürsən?