iPhone X-in ilk dözümlülük testi keçirildi

  • 06.11.2017
  • 0

iPhone X-in yenicə satışa çıxmasına baxmayaraq artıq bir çoxları onun dözümlülük qabiliyyətini yoxlayırlar. EverythingApplePro adlı YouTube bloggeri bu cür testi keçirdən ilk şəxslərdən biri olub və hətta onu iPhone X-in bahalı təmir qiymətləri də qorxutmayıb. Dözümlülük testində müqayisə üçün o, iPhone 8-dən istifadə edib. İlk öncə hər iki smartfon qoruyucu keysdə beton səthə atılıb. Bu testdən hər iki smartfon da uğurla keçib. Daha sonra həmin test qoruyucu keys olmadan 1 metr hündürlükdən edilib. Bu halda da smartfonlar zədələnməyiblər. Yəni yeni iPhone modellərinin şalvarınızın cibindən yerə düşməsi barədə narahat olmağa dəyməz. Lakin insan boyunun hündürlüyündən düşmə zamanı iPhone 8 dözməyib. Bu zaman arxa paneldəki şüşədə çatlar yaranıb. Smartfon həmçinin kənarı üstə düşmə testindən də keçə bilməyib. iPhone X isə bu testlərdə təəccübləndirib. Belə ki, o, insan boyu hündürlüyündən, kənarı və ekranı üstə düşmə testlərindən keçə bilib. Lakin testlərdən keçməsinə baxmayaraq iPhone X-in iş prosesində bəzi problemlər yaranıb. Belə ki, Face ID sensorları çalışmayıb və o texnologiya sayəsində smartfonu blockdan çıxartmaq mümkün olmayıb.

Nə düşünürsən?