İndoneziyada yadplanetliyə bənzər həşərat görüntülənib

  • 26.10.2017
  • 0

İndoneziyada tapılan bu narıncı rəngdə həşərat nəhəng caynaqlarının köməyi ilə hərəkət edir. Oxu.Az vesti.ru-ya istinadən xəbər verir ki, bir çox internet istifadəçisi bu həşəratın "yadplanetli" olduğunu düşünüb. Lakin məlum olub ki, görüntülənən canlı güvənin "Creatonotos Gangis" növünə aiddir. Həşəratın insan üçün təhlükəsi yoxdur. Caynaqlardan cütləşmə dövründə əks cinsi cəlb etmək üçün istifadə olunur. Bu növ İndoneziyada, Hindistanda, Şri-Lankada, Yaponiyada, Tailandda və Yeni Qvineyada yayılıb.

Nə düşünürsən?