Canavarlar Çuxur Qəbələ kəndində hücum edib, tələfat var

  • 18.02.2018
  • 0

Qəbələdə canavarlar şəxsi təsərrüfata hücum edib. Xezerxeber.az-ın məlumatına görə, hadisə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində gecə saatlarında baş verib. Əsgər Abdurrəhmanov gecə gələn səs -küyə ayılıb. Tövləyə baxanda qoyunların tələf olduğunu görüb. Canavarlar tövləyə soxularaq 42 baş xırdabuynuzludan 24-ü parçalayıb. Yerli sakinləri deyir ki, kənddə belə hallar tez-tez baş verir. Qəbələ rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. 24 baş cəmdək basdırılıb. Qalan qoyunlara yardım göstərilib, ərazi dezinfeksiya olunub.

Nə düşünürsən?