Azərbaycanda daha yeddi nəfərin prezidentliyə namizədliyi qeydə alındı

  • 17.02.2018
  • 0

Mərkəzi Seçki Komissiyası daha yeddi nəfərin prezident seçkilərində namizədliyinin irəli sürülməsini təsdiq edib. APA TV-nin xəbərinə görə, BAXCP sədri Qüdrət Həsənquliyevin, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, ASDP sədri Araz Əlizadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi təsdiqlənib. Bu şəxslərin namizədlikləri rəhbərlik etdikləri partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa Razi Nurullayev, Elşən Həsənov və Asif Məmmədovun da namizədliklərinin irəli sürülməsi təsdiqlənib. Razi Nurullayevin namizədliyini "Cəbhəçilərin təşəbbüs qrupu", Elşən Həsənov və Asif Məmmədovun namizədliyini isə özləri irəli sürüblər. MSK katibi Arifə Muxtarova bildirib ki, həmin şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Mərkəzi Seçki Komissiyası həmçinin prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini qeydə alıb.

Nə düşünürsən?