Prokuror “Vor zakon” Şakro Molodoya 10 il həbs cəzası istədi

  • 17.02.2018
  • 0

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu gün prokuror məhkəmədən Zaxariya Kalaşova- “Şakro-Molodoy”-a 10 il həbs cəzası istəyib. “Xahiş edirəm Kalaşov təqsirli bilinsin və ona cəzasını sərt rejimli kolonda çəkməklə 10 il həbs cəzası verilsin, eyni zamanda 700 min rubl cərimə olunsun” - prokuror deyib. Bu cinayət işində adı keçən 13 nəfərə də 7, 8, 9 il olmaqla müxtəlif cəzalar verilməsi istənilib. Cinayət aləmində bu həbs gözlənilən idi və hələ keçən ilin noyabrında “1№-li vor zakon” titulu müvəqqəti olaraq Vasya Voskres ləqəbli Vasili Xristoforova həvalə edilmişdi. Ancaq bu son qərar deyildi və bu yerə iddiası olan 3 nəfərdən biri də Lotu Quli kimi tanınan Nadir Səlifovdur. Xatırladaq ki, Nadir Səlifov keçən ilin sonlarında həbsdən azad olunub və həmin gün də Türkiyəyə gedib.

Nə düşünürsən?