Türkiyə Afrində verdiyi şəhid sayını açıqladı

  • 17.02.2018
  • 0

"Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən PYD/YPG terrorçularının sayı 1595-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb. Son əməliyyat zamanı 44 terrorçu zərərsizləşdirilib. İki hücumla daha 9 kənd və 1 strateji yüksəklik ələ keçirilib. Bunla da PYD/YPG-dən təmizlənən yaşayış məntəqələrinin sayı 65 olub. Afrinin böyük yaşayış məntəqələrindən sayılan Suvarin qəsəbəsi istiqamətinə hücum başlanıb. Qəsəbə yaxınlığında terrorçuların mövqeləri dəqiq top atəşləri ilə dağıdılıb. Mərmilərdən biri düz PYD/YPG-yə məxsus cəbbəxanaya düşüb. Nəzarətə götürülən ərazilərdə böyük tunellər aşkarlanır. Bu tunellər vasitəsi ilə terrorçuların istənilən an hücum etməsi təhlükəsi səbəbi ilə tədbirlər görülür. Tunellərin uzunluğu isə kilometrlərlədir. Burseya dağında aşkarlanan bir tuneldən ətrafdakı bütün kəndlərə çıxış var. Onlardan bəzilərinin girişi hələ də PYD/YPG-nin əlindədir. Tunelin ümumlikdə uzunluğu 50 kilometrdir. Onlardan bu ərazi daha təhlükəli olduğundan havada PUA-lar vasitəsilə daim izlənilir. Xatırladaq ki, yanvarın 20-dən start verilən "Zeytun budağı" əməliyyatında 31 türk hərbçisi şəhid olub.

Nə düşünürsən?