Əsəd qüvvələri Afrinə girdi - TÜRKİYƏYƏ QARŞI VURUŞACAQLAR

  • 17.02.2018
  • 0

Suriya hərbi birləşmələri Afrinə daxil olub. APA TV-nin "Al Mayadeen" telekanalına istinadən məlumatına görə, bu, Dəməşqin Afrinə göndərəcəyi ordunun kiçik bir hissəsidir. Hazırda daha böyük qoşun hissələrinin Afrinə göndərilməsi istiqamətində iş gedir. Əsəd qüvvələri bölgədə Türkiyəyə qarşı döyüşən PYD/YPG terrorçularına dəstək vermək üçün "Zeytun budağı" əməliyyatının aparıldığı ön cəbhələrə yerləşdirləcək. Xatırladaq ki, rəsmi Dəməşq bir müddət öncə PYD/YPG-nin bölgəyə hökumət qüvvələri göndərməsi ilə bağlı müraciətinə müsbət cavab verib. Qeyd edək ki, Suriya rəsmiləri Ankaranı Afrin səmasında uçuşlar həyata keçirən Türkiyəyə məxsus təyyarələrin vurulacağı ilə bağlı dəfələrlə təhdid edib.

Nə düşünürsən?