Türklər və yunanlar arasında gərginlik - Gəmilər toqquşdu

  • 17.02.2018
  • 0

Türk və yunan hərbi gəmiləri arasında yaşanan gərginliyin kamera görüntüləri yayıldı. A24.az xəbər verir ki, Yunanıstan ilə Türkiyə arasında, Kardak yaxınlığında yaşanan böhran zamanı təhlükəsizlik gəmilərinin bir-biri ilə toqquşması kameralara əks olunub. Türk gəmiləri Türkiyə sərhədlərini keçməyə çalışan yunan təhlükəsizlik gəmisinə əvvəlcə “həyəcan siqnalı” verib. Türk sərhədinə yaxınlaşan gəmiyə xəbərdarlıq etməsinin ardından türk təhlükəsizlik gəmisi yunan gəmisini dayandırmaq üçün irəli manevr edərək hücuma keçib. Bu maraqlı görüntülər gəminin kameralarına da əks olunub. Aldığı zərbədən sonra yunan təhlükəsizlik gəmisi Leros adasına çəkilib.

Nə düşünürsən?