Uçuruma aparan yollar...

  • 16.02.2018
  • 0

Təmir aparılan əksər yollarda yalnız hərəkətin istiqamətini bildirən nişanlar qoyulur. Yolda təmir getdiyindən xəbər verən nişanlara isə demək olar ki, rast gəlinmir. Bu da sürücüləri çətin vəziyyətə salır. Nişanlar hər an görünən olmalıdır. Təmir aparılan yollar isə qaranlıq düşdükdə işıqlandırılmalıdır. Ekspertlər bildirirlər ki, bələ yerlərdə hansı nişanların qoyulması və necə tətbiqi haqqında məlumatlar yol hərəkəti haqqında qanunda öz əksini tapıb. Hər hansı bir ərazidə, hətta bir-iki saatlıq təmir işləri aparılarsa belə, əhaliyə xəbərdalıq olunmalıdır. Beləcə əgər təmir aparılan yolda xüsusi nişan qoyulmayıbsa, sürücü də məlumatlı olmadığından həmin ərazidə qəza törədibsə bu zaman onun iş aparan qurumu məhkəməyə vermək hüququ var. Qanuna görə, avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkətinin təhlükəsizliyini pozanlar məsuliyyət daşıyırlar. Bu zaman fiziki şəxslər üçün 200 manatadək, vəzifəli şəxslər üçün 1000 manatdan 1500, hüquqi şəxslər üçünsə 10 min manatdan 12 min manatadək cərimə nəzərdə tutulub. İstənilən halda sürücülərə ehtiyatlı olmaq, sürət həddini aşmamaq tövsiyə edilir ki, qəzadan uzaq olsunlar.

Nə düşünürsən?