Afrində şiddətli döyüşlər: 7 türk əsgəri yaralandı

  • 16.02.2018
  • 0

"Zeytun budağı" əməliyyatının 28-ci günündə məhv edilən PYD/YPG terrorçularının sayı 1551-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb. Son əməliyyat günü TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçüləri Raco və Bülbül qəsəbələri yaxınlığında 7 kəndi terrorçulardan təmizləyib. Bununla da Şeyx Hədid və Raco bölgələri arasında böyük bir ərazi nəzarətə götürülüb. Bununla həm də ələ keçirilən yaşayış məntəqələrinin sayı 63 olub. Ən şiddətli döyüşlər Bülbül qəsəbəsi yaxınlığında Duraka kəndi istiqamətində gedib, 2 gün davam edən döyüşlərdə tanklardan istifadə olunub. Ərazidə bir strateji yüksəklik də ələ keçirilib. Cinderes bölgəsində terrorçuların toplandığı mövqelərdən biri isə mühasirəyə alınıb. Bununla PYD/YPG-nin Afrinin mərkəzi ilə əlaqə saxladığı yol bağlanıb. Əməliyyat zamanı 7 türk əsgəri yaralanıb. Afrinin ətrafında mövqe tutan terror hədəfləri isə toplarla vurulub. Ərazi dağlıq olduğundan quru əməliyyatları müvəqqəti dayandırılıb. Yüksəkliklərə snayperlər yerləşdirilib. Bu arada əsir götürülən terrorçular lazımlı ifadələr verir, etiraflar edirlər. Mülki geyimdə ələ keçən bir terrorçu Türkiyə hərbçilərinin yalnız uniformada olanlara atəş açdığından adi paltarda olduğunu deyib. Terrorçular PYD/YPG-nin kəndlərdən dinc sakinləri zorla silahlandırdığını, əli silah tutmayanlardan isə "canlı qalxan" kimi istifadə etdiyini bildirib.

Nə düşünürsən?