Buzdan “Mercedes G” düzəltdi

  • 16.02.2018
  • 0

Sibirdə yaşayan Rusiya vətəndaşı Vadislav Baraşenko 6 ton buz istifadə edərək “Mercedes G” avtomobilinin 2018-ci il versiyasını hazırlayıb. Teleqraf.com xəbər verir ki, buzdan düzəldilən “Mercedes G” seriyalı avtomobilin yeganə çatışmayan cəhəti qapılarının olmamasıdır. Rusiyada tez-tez istifadə edilən “UAZ 469”un bazasında yerləşən buz gövdəyə amortizatorlar, mühərrik, əyləc sistemi və sərnişin bölməsi quraşdırılıb. Novosibirsk küçələrində hərəkət edən nəqliyyat vasitəsi -10 dərəcə selsidə işləyir. Avtomobil 20 gün, əriyənədək istifadə oluna bilər. Buzdan olan “Mercedes G”yə LED işıqlandırma sistemi də qoşulub.

Nə düşünürsən?