Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib

  • 13.02.2018
  • 0

Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib. APA TV-nin məlumatına görə, Gülarə Cabbarlı ötən gecə təxminən 23:30 radələrində dünyasını dəyişib. Gülarə Cabbarlı 1930-cu ildə anadan olub. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub. Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir. Qeyd edək ki, fevralın 11-də Gülarə Cabbarlının 88 yaşı tamam olub. Allah rəhmət eləsin!

Nə düşünürsən?