Türk xalqı Afrinə gedən əsgərləri belə yola saldı

  • 13.02.2018
  • 0

Kahramanmaraşda məhəllə camaatı Afrin əməliyyatına yola düşən əsgərləri sevgi ilə yola salıb. A24.az xəbər verir ki, Zeytun budağı əməliyyatı üçün sərhəd xəttinə yollanan hərbiçilərə vətəndaşlar yola salma mərasimi təşkil edib. Türk xalqı qanının son damlasına qədər Mehmetçiyin yanında olduğunu bir daha bütün dünya göstərib. Əməliyyata qatılmaq üzrə sərhəd zonasına gedən hərbiçilərə mənəvi dəstək vermək üçün vətəndaşlar əllərində türk bayraqları sallayıb. Zirehli maşınlarda olan əsgərlə paxlava təklif edən vətəndaşlar, ‘Şəhidlər ölməz vətən bölünməz’ şüarlarıyla dönüş yolunu gözlədiklərini bildirib. Pazarcık Bələdiyyəsi isə Mehmetçiyə dəstək olmaq üçün bələdiyyə səsucaldıcılarından Mehter marşını səsələndirib.

Nə düşünürsən?