Bakıda ər arvadını bıçaqladı - 6 ZƏRBƏ

  • 01.02.2018
  • 0

Paytaxtda kişi öz xanımını bıçaqlayıb. APA TV-nin verdiyi xəbərə görə, qanlı hadisə Bakının Yasamal rayonunda baş verib. Məlumata görə, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti kafi qiymətləndirilir. Müəyyən edilib ki, 29 yaşlı qadın yaşadığı Zərdabi küçəsindəki evdə həyat yoldaşı ilə mübahisə edib. Münaqişə nəticəsində qadının 6 bıçaq xəsarəti aldığı deyilir. Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.

Nə düşünürsən?