Qanunla qadağandır, amma körpülərin altı avtodayanacağa çevrilib

  • 25.01.2018
  • 0

Bakıda körpülərin altı parkinq ərazisinə çevirilib. Xezerxeber.az-ın məlumatına görə, burada həm minik maşınları, həm də yük avtomobilləri park edilib. Məsələn, 3-cü mikrorayon dairəsi kimi tanınan Alı Mustafayev və Rövşən Cəfərov küçələrinin kəsişməsindəki körpünün altında bu hal yaşanır. Körpülərin altında, həmçinin tunellərdə avtomobillərin park edilməsinə qadağa qoyulsa da, görünən mənzərə bunun əksini göstərir. Eyni mənzərəni Alı Mustafayev küçəsində olan tunelin üzərində də görmək mümkündür. Sürücülər isə "niyə avtomobilləri burda park edirsiniz" sualını cavabsız qourlar. Ancaq avtomobillərin burda park edilməsi heç də insanlar tərəfindən birmənalı qarşılanmır. Əksər insanlar avtomobillərin burada park edilməsinin əleyhinədir. Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsi avtomobilləri körpülərin altında, həmçinin tunellərdə park edilməsini qadağan edir. İnzibati Xətalar Məcəlləsinə görə, bu ərazilərdə avtomobil park edənlər 20 manat məbləğində cərimə edilməlidirlər.

Nə düşünürsən?