Türkiyədə fırtına dağıntılar törətdi

  • 18.01.2018
  • 0

Artıq dünəndən İstanbulda müşahidə edilən qeyri-sabit hava şəraiti bu gün davam edir. Trend-in məlumatına görə, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsinin qərarı ilə ötən gün olduğu kimi bu gün də qeyri-sabit hava şəraiti ilə əlaqədar İstanbulda dəniz reysləri təxirə salınıb. Bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək nəticəsində İstanbul sahillərində dalğaların hündürlüyünün 4 metrdən yüksək olduğu bildirilib. Eyni zamanda Türkiyənin İzmir şəhərində qeyri-sabit hava şəraiti hökm sürür. Burada güclü küləyın şəhərin sahillərində fəsadlara yol açdığı bildirilir. Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında həftə sonuna qədər davam edəcək.

Nə düşünürsən?