Özünü anasının qəbri üstündə asmaq istədi

  • 18.01.2018
  • 0

Şəkidə 56 yaşlı qadın qəbiristanlıqda valideyninin qəbrinin üstündə özünü asıb, onun həyatını son anda polis xilas edib. APA TV-nin məlumatına görə, hadisə yanvarın 17-də axşam saatlarında Şəki şəhəri ərazisindəki qəbiristanlıqda baş verib. Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Gülşad Ələkbər qızı İsgəndərova intihar etmək məqsədilə qəbiristanlığa gedərək valideyninin və qardaşının qəbrini ziyarət edib. 54 yaşlı Gülşad İsgəndərova daha sonra intihar etmək məqsədilə özünü qəbrin yanındakı dəmir dirəkdən asıb. Lakin son anda silas edilən Gülşad İsgəndərova travmatik şok vəziyyətdə, Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra vəziyyəti stabilləşib. APA TV-yə daxil olan məlumata görə, hadisə baş verən an qəbiristanlıqda olan bir nəfər Şəki şəhər sakini Gülşad İsgəndərovanın özünü dirəkdən asdığını görüb və DİN-in 102 xidmətinə zəng edib. Əraziyə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilərək Gülşad İsgəndərovanı son anda xilas edə biliblər. Gülşad İsgəndərovanın üzərindən intihar etmək məqsədini bildirən məktubun çıxdığı bildirilir. Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Nə düşünürsən?