Bakıda banka basqın olub

  • 18.01.2018
  • 0

Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub. “Report”un xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb. Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib. Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Nə düşünürsən?