Qazaxıstanda faciə: 52 sərnişin diri-diri yandı

  • 18.01.2018
  • 0

Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, Qazaxıstanın Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankulov "İkarus" markalı avtobusun yandığını bildirib. Onun sözlərinə görə, avtobusun salonunda 55 sərnişin və 2 sürücü olub və onlardan yalnız 5-i sağ qalıb. Qalan 52 nəfər isə diri-diri yanıb. Hazırda avtobusdan çıxmağı bacaran 5 nəfərə tibbi yardım göstərilir. Aktyubinsk vilayətinin Fövqəladə Hallar Departamentində Əməliyyat Qərargahı yaradılıb. İlkin məlumata görə, avtobusdakı sərnişinlərin hamısı Qazaxıstan və Özbəkistan vətəndaşlarıdır.

Nə düşünürsən?