"Lotu Quli"nin Kiyevdəki "yuva"sı darmadağın edildi

  • 17.01.2018
  • 0

Xəbər verdiyimiz kimi Lotu Qulinin adamları kimi tanınmış cinayətkar dəstənin bəzi üzvləri adam oğurlamaq cinayəti üzündən Kiyevdə həbs edilib. 11 dekabr 2017-ci ildən böyük məbləğdə pul tələbi ilə oğurlanmış Ukrayna vətəndaşı, əslən Şəkidən olan iş adamı Hikmət Abdullayev dünən Ukrayna Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə əməliyyatı nəticəsində azad olunub. Cinayətkarlar H.Abdullayevi Kiyev ətrafında Vita poçtovaya qəsəbəsində kirayə etdikləri evdə saxlayıblar. Bu ev də Ağstafa rayonundan olan Asif Həsənov tərəfindən kirayələnib. Əməliyyat nəticəsində evdə olan üç nəfər həbs edilib (onların fotolarını təqdim edirik), Asif Həsənov və iki nəfər evi əvvəlcədən tərk etdiyindən tutmaq mümkün olmayıb. Onlar və bu cinayətdə iştirak edən başqalarının adları artıq Ukrayna hüquq-mühafizə orqanlarına məlumdur və intensiv axtarış davam edir. Ümumiyyətlə, Lotu Qulinin Odessa, Poltava, Xarkov şəhərindəki cinayətkar dəstələrinin kökünü kəsməkdə Ukrayna təhlükəsizlik xidməti qərarlıdır. Bu dəstə neçə illərdir ki, Ukraynada əslən Azərbaycandan olan iş adamlarını “ qanunu oğru”nun adından oğurlayıb böyük məbləğdə pul tələb etməklə məşğuldurlar. // moderator.az

Nə düşünürsən?