Tuba Büyüküstün qala gecəsində kürək dekoltesi ilə ovsunladı

  • 17.01.2018
  • 0

Türkiyəli aktrisa Tuba Büyüküstün bu dəfə qırmızı rəngli ziyafət libası və kürək dekoltesi ilə diqqət çəkib. Aktrisa dünən dünya şöhrətli saat markasının təqdimat gecəsinə qatılıb. Cenevrədə keçirilən qala üçün kino ulduzu qırmızı rəngli parıltılı libas seçib. Ərəb ölkələrində də böyük pərəstişkar ordusu olan aktrisanın retrosayağı obrazı çox bəyənilib. Yeri gəlmişkən qeyd edək ki, paltarın müəllifi Tuba Büyüküstünün tez-tez müraicət etdiyi modelyer Tuvana Büyükçinar Dəmirdir.

Nə düşünürsən?