Kilosu 7 manata satılan banan hardan gətirilir?

  • 17.01.2018
  • 0

Bazar və marketlərdə kilosu 6-7 manata banan satılır. Xezerxeber.az-ın məlumatına görə, ölçüsü digərlərindən bir neçə dəfə kiçik olan bu bananların alıcısı da az deyil. Satıcıların sözlərinə görə kiçik bananların digərlərindən əsas fərqi daha şirin olmasında və rəngindədir. Qabığı nazik olduğu üçün bananlar soyuğa tab gətirməyərək, qaralıb, çürüyür. Buna görə də , bazarlarda kiçik bananlar sellofan paketlərə keçirilir. Lakin bu banan ölkəmizə qonşu Türkiyədən gətirilmir. Çünki orda yetişdirilən bananTürkiyənin daxili tələbatını ancaq ödəyir. Kiçik bananlar Azərbaycana Ekvadordan gətirilir. Bunu bananın qutusu və üzərində olan xüsusi holoqramdan da bilmək olar. Lakin bəzi supermarketlərdə müştərilərə bananın yerli – yəni Lənkəran sortu olduğu üçün baha satıldığı deyilir. Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tofiq Rzayev bunun yalnış məlumat olduğunu bildirdi. Onun sözlərinə görə,bananın bəsço növü Lənkəran, Zaqatala və Gəncədə yetişdirilir. Lakin dekorativ hesab olunan bu ağaclar bar vermir. Ona görə də, bananın satış üçün Azərbaycanda yetişdirilməsi mümkün deyil. Mütəxəssislər belə məhsulları alarkən aldanmamaq üçün diqqətli olmağı tövsiyyə edirlər.

Nə düşünürsən?