23 ildən sonra hafizəsi gəldi: ailəsinə qovuşdu

  • 17.01.2018
  • 0

Qəza ilə əlaqədar hafizəsini itirən Lu Yunrong adlı qadının 23 ildən sonra hafizəsi yerinə gəldi və o, ailəsinə qovuşdu. Hadisə Çində baş verib. Belə ki, qəza ilə əlaqədar hafizəsini itirən qadın Hubei əyalətindəki evindən ayrıldıqdan sonra geri yolu tapa bilməyib. Hanan əyalətininin Nanyang şəhərində bir kənddə bir ailə 23 il ona baxıb. Lu Yunronqun əri Wen Lianglin 20 ildən artıq arvadını axtarsa da, heç yerdə onun izi ilə rastlaşmayıb. Lakin ötən həftə qadın birdən birə ərinin və uşaqlarının adını xatırlayıb və dərhal polisə müraciət edib. Nəticədə 23 ildən sonra o, ailəsi ilə qovuşub. Wen Lianglin kəndlilərə bu illər üçün öz minnətdarlığını bildirib. Sakinlər isə Lunun ailəsinə qovuşmasından sevinclərin ifadə edərək, kəndlərinin yoxsul olmalarına rəğmən qadını heç vaxt xor görmədiklərini deyiblər.

Nə düşünürsən?