Türkiyə Suriya ərazisini vurdu: F-16-LAR HAVALANDI

  • 17.01.2018
  • 0

Türkiyə Silahlı Qüvvələri Afrində keçiriləcək genişmiqyaslı əməliyyat öncəsi terrorçuların olduğu nöqtələrə "yoxlama atışları" edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, sərhəd nəzarət məntəqələrindən Afrin və ətrafındakı terrorçuların mövqelərinə zərbələr endirilib. Toplarla həyata keçirilən atışlardan sonra bir neçə PYD/YPG məntəqəsi məhv edilib, 30 terrorçu öldürülüb. Afrin əməliyyatının əsas canlı qüvvəsini təşkil edəcək Azad Suriya Ordusunda isə hazırlıqlar bitib. 20 min döyüşçü "Fərat qalxanı" bölgəsində Afrinə girmək üçün əmr gözləyir. PYD/YPG qüvvələri ötən gecə "Fərat qalxanı" bölgəsinin mülki şəxslər yaşayan hissəsinə toplarla zərbə endirib. Zərər çəkən olmayıb. Buna cavab olaraq Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Afrinin əl-Basuta bölgəsinə zərbələr endirib. Sığınacaq və təchizat depolarının yerləşdiyi Basufan, Cindərə, Məməlan, Məskənli və Raco bölgələri də top atəşinə tutulub. Bölgədən mülki şəxslər Hələbin şimalına doğru qaçmağa başlayıb. Türkiyə Suriya sərhədinə zirehli texnika, canlı qüvvə yığmaqda davam edir. Afrinə yerləşən PYD/YPG terrorçuları türk tanklarını görüb, sərhəddə ucaltdıqları bayraqlarını endirib. Eyni zamanda Afrin tərəfdə asılan 5 Rusiya bayrağından yalnız biri qalıb, digər dördünün ancaq dirəyi görünür.

Nə düşünürsən?