Türkiyədən sonra İran da ABŞ-a xəbərdarlıq etdi: YENİ MÜHARİBƏ BAŞLAYACAQ

  • 17.01.2018
  • 0

"ABŞ-ın Suriyanın şimalında 30 minlik ordu qurması bölgədə gərginliyi artıracaq və yeni müharibəyə gətirib çıxaracaq". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlama İran prezidenti Həsən Ruhaniyə məxsusdur. ABŞ-ın sözü gedən planının Suriyada aparılan antiterror əməliyyatları ilə yaxından-uzaqdan əlaqəsi olmadığını deyən Ruhani bunu beynəlxalq hüquqa, o cümlədən bir ölkənin suverenliyinə qarşı təcavüz kimi qiymətləndirib. Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. ABŞ Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiyanın PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordudan ibarət olacağını bəyan edib. Həsən Ruhanidən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin ordunun qurulmasına imkan verməyəcəklərini vurğulayıb.

Nə düşünürsən?