"Rəhim ağzının danışığını bilmir" - qalmaqallı sözlər

  • 17.01.2018
  • 0

“Rəhimə nə verəcəyim var, nə də alacağım... Ola bilər ki, Rəhim bizsiz qala bilmir. Paxıllığından canı çəkə bilmir və bu sözləri işlədir. Mənim dərdim onlar deyil. Sadəcə Rəhim sözünü deyir, amma onu dərk etmir”. Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov “Günə doğru” proqramına açıqlamasında deyib. Sənətçi R.Rəhimlini tənqid edib və ona qəzəbli olduğunu gizlətməyib: “Rəhim 9 milyon insanın qabağında ağzının danışığını bilməyib mənə söz deyir. Fikirləşsin ki, kimə söz atır. Həmişə evinin başında məni otuzdurmusan. Özümü apara bilməsəm, məni toya dəvət etməzlər. Niyamla onun münasibəti necədir mənə aidiyyatı yoxdur. Onun daşı bunun başına, bunun daşı onun başına. Məni Fatiməylə, Rüfət Axundov Niyamla barışdırıb. Biz erməni deyilik ki, kin saxlayaq. Bizim barışığımız niyə Rəhimi bu qədər yandırıb? Rəhim oturub axirətdən danışır. Bir məsləhətim var. Rəhim, sən axirətə hazır olan adam deyilsən. Axirətin "a" hərfini belə tutmamısan. Sən hələ qəbir əzabına hazır deyilsən, qaldı ki, axirətə. Sənətin də "s" hərfindən danışma. “Basdalama damarımı” musiqisində allah reperlərin və aranjımançının canını sağ eləsin. Rəhim orada ancaq “Şınanay yavrum oba şınanay, şınanay, şınanay oba şınanay” deyir. Rəhim orda qeyri-adi bir şey etməyib. Onu mənim 1 yaş 4 aylıq oğlum da oxuyar”.

Nə düşünürsən?