Rus idmançını döyüb öldürən azərbaycanlı gəncin atası parça-parça edildi

  • 17.01.2018
  • 0

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun atası yol qəzası nəticəsində ölüb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko bildirib. Anar Allahverənovun atası yolu keçərkən yüksək sürətlə hərəkətdə olan avtomobil onu vurub. Güclü zərbədən 59 yaşlı piyadanın bədəni parçalanıb. Sürücü hadisə yerindən qaçmayıb. Hadisənin qəsdən törədildiyi iddia edilir. "Müdafiə etdiyim şəxsin atası bu gün dəfn olunacaq. Anar dəfndə iştirak etməyəcək, buna qanun icazə vermir" - deyə, vəkil Lısenko bildirib. Vəkil Anar Allahverənovun atasının ünvanına 2017-ci il ərzində çoxlu sayda hədələrin gəldiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb. Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər. Onun işi üzrə proses yanvarın 23-də davam etdiriləcək.

Nə düşünürsən?