Gecə klubunda dava düşüb, tərəflər bir-birini bıçaqlayıb

  • 17.01.2018
  • 0

Gecə saatlarında paytaxtda gənclər arasında kütləvi dava olub. Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarının birində qeydə alınmış dava zamanı 5 nəfərə bıçaqla xəsarət yetirilib. Mübahisənin qız üstündə yarandığı deyilir. Nəticədə gənclərin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bıçaq xəsarətləri alanlar isə 1987-ci il təvəllüdlü Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğludur. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha 2 nəfər isə özəl klinikalardan birinə çatdırılıb. İnsidentin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır. Adları açıqlanmasa da, hadisədə artıq 3 nəfərin saxlanıldığı bildirilir.

Nə düşünürsən?