Azərbaycanlı oliqarx 1 gündə bir milyard dollar varlandı

  • 13.01.2018
  • 0

Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bir gündə bir milyard dollara yaxın varlanıb. “Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, buna səbəb “Lukoyl”un aksiyalarının bu şirkətin tarixi ərzində maksimum artması olub. Moskva birjalarında “Lukoil”in aksiyalarının dəyəri 7 faizədək artıb ki, bu da şirkətin prezidentinin varidatına daha bir milyard əlavə edib. Analitiklər “Lukoyl”un aksiyalarının dəyərinin bir qədər də artacağını proqnozlaşdırırlar.

Nə düşünürsən?