Tramp porno ulduza 130 min dollar ödəyib - Şok iddia

  • 13.01.2018
  • 0

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərindən bir qədər əvvəl porno ulduz Stormi Danielsə susması üçün 130 min dollar pul ödəyib. Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb. Məlumata görə, uzun illər Trampın vəkili olmuş Maykl Kohen 2016-cı ilin oktyabrında Danielsin vəkili ilə görüşərək 130 min dollarlıq ödəniş barədə razılıq əldə edib. Əsl adı Stefani Klifford olan porno ulduzun iddiasına görə, Trampla 2006-cı ilin yazında bir qolf müsabiqəsindən sonra görüşüblər. Tramp prezident seçildikdən sonra isə ona susması müqabilində pul təklif edib. Qeyd edək ki, bir qədər əvvəl porno ulduz Cesika Dreyk Trampın onu zorla öpdüyünü bildirmişdi.

Nə düşünürsən?